Qırğızıstanda rus dilinin rəsmi statusu ləğv oluna bilər

26 Noyabr 2020 18:32 (UTC+04:00)

Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusunun ləğv edilməsini təklif edib.

AzNews.az xəbər verir ki, bu barədə “24.kg" informasiya agentliyi məlumat yayıb.

“Bu, radikal səslənə bilər. Ancaq təklifim budur ki, dövlət dili olaraq yalnız qırğız dilini buraxaq. Digər dilləri başqa qanunlarla inkişaf etdirəcəyik”, - deyə agentlik Toraliyevdən sitat gətirib.

Onun sözlərinə görə, gənclər artıq qırğız dilində danışmağı dayandırıblar.

“Niyə qırğız dilini öyrənmirlər? Çünki buna tələb yoxdur. Bunu yaratmalıyıq. Yalnız bundan sonra hər kəs qırğız dilini öyrənməyə və danışmağa başlayacaq”, - deyə o bildirib.