Bu şəxslərdən koronavirus testi götürülməyəcək

26 Noyabr 2020 21:46 (UTC+04:00)

Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə AzNews.az-a TƏBİB-dən bildirilib.

Səbəb kimi qeyd olunub ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir:

"Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".