Ermənistanda deputatlar arasında dava düşdü - Video

26 Noyabr 2020 20:11 (UTC+04:00)

Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, insident "Mənim addımım" fraksiyasından millət vəkili Amazasp Danielyanın çıxışı zamanı yaşanıb.

Dava zamanı təhlükəsizlik işçiləri zala daxil olub, deputatları sakitləşdiriblər.