Bitkoin kəskin şəkildə ucuzlaşdı

26 Noyabr 2020 22:24 (UTC+04:00)

Bu gün keçirilən hərraclar zamanı bitkoin 13 faiz ucuzlaşaraq Bakı vaxtı ilə saat 13:30-da 16 814 ABŞ dollarından satılıb.

AzNews.az “Bloomberg”ə istinadən xəbər verir ki, sərmayədarların endirim tətbiq etmələri nəticəsində baş verən bu ucuzlaşma pandemiya dövründə bitkoinin ən böyük tənəzzülü ola bilər.

Halbuki cari ilin 9 ayı ərzində 250 faiz böyüyən bitkoin 24 noyabr tarixindəki hərraclar zamanı 2017-ci ilin noyabr ayından bu yana ilk dəfə 19 min ABŞ dolları həddini keçib, ertəsi gün isə 19 374 ABŞ dollarından satılıb.

Bitkoinin məzənnəsinə mənfi təsir edən amillər arasında “Coinbase” birjasının baş direktoru Brayan Armstronqun tvitter səhifəsindən paylaşdığı fikirlər göstərilir. Belə ki, ekspertin fikrincə, ABŞ hökuməti kriptovalyutalarının tədavülünə məhdudiyyətlər tətbiq edə bilər ki, bununla da rəqəmli transaksiyaların gizliliyinə xələl gələcək.

Qeyd edək ki, başqa kriptovalyutalardan Etherium 16 faiz, XRP də 26 faiz ucuzlaşıb.