Qətərlə Türkiyə arasında 300 milyonluq anlaşma

26 Noyabr 2020 22:51 (UTC+04:00)

Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani geniş tərkibli heyətlə Türkiyə Respublikasına səfər edib.

AzNews.az xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani arasında təkbətək və heyətlərarası görüş olub.

Qətər ilə Türkiyə Respublikası arasında Yüksək Strateji Komitəsinin altıncı iclası keçirilib.

Sonra Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.