Teymur Rəcəbov mübarizəni dayandırdı

27 Noyabr 2020 09:32 (UTC+04:00)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.

AzNews.az xəbər verir ki, 1/4 finalın ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb.