Ermənistanın mədəniyyət xadimləri etiraz aksiyası keçirəcək

27 Noyabr 2020 09:46 (UTC+04:00)

Kinoprodüser Armen Qriqoryan erməni mədəniyyət xadimlərini yeni etiraz aksiyasında iştiraka çağırıb.

AzNews.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.

Etiraz aksiyası noyabrın 29-da Yerevanda Şarl Aznavur meydanında keçiriləcək.

“Bu gün Ermənistan hakimiyyətsiz qaldığına görə öz həmkarlarımızı - mədəniyyət və incəsənət xadimlərini, alimləri, idmançıları və siyasətçilərin iştirakından asılı olmayaraq biganə qalmayanları “Moskva” kinoteatrının yaxınlığında etiraz aksiyasına toplaşmağa çağırırıq”, - deyə erməni kinematoqrafçı feysbuk səhifəsində bildirib.