“Ermənistanda hakimiyyət yoxdur” - Saqatelyan

27 Noyabr 2020 10:07 (UTC+04:00)

“Ermənistanda hakimiyyət yoxdur. Nə hökumət var, nə də XİN”.

AzNews.az bildirir ki, bu sözləri “Daşnaksütyun” Partiyasının rəhbərliyinin üzvü İşxan Saqatelyan feysbuk səhifəsində yazıb.

“Türk qarşısında diz çökmüş lider danışıqlar apara, xalqımızın mənafelərini və hüquqlarını qoruya bilməz. Bu bəla dərhal getməlidir ki, ölkəmizin qürubunu dayandırmaq mümkün olsun, əks halda biz Vətənimizin qalan kiçik hissəsini tədricən verəcəyik”, - deyə Saqatelyan əlavə edib.