Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib

27 Noyabr 2020 13:08 (UTC+04:00)

Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.