Əhməd Davudoğlu koronavirusa yoluxdu

27 Noyabr 2020 18:49 (UTC+04:00)

Türkyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Serkan Özcan Tvitter səhifəsində yazıb.

O bildirib ki, Davudoğlunun COVİD-19 testi pozitiv çıxıb:

"Vəziyyəti hazırda yaxşıdır və evində müalicə olunur. Rəhbərimizə şəfa diləyirik. Dualarımız onunladır".