Ermənistan Baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbçilərin qohumları ilə görüşüb.
AzNews.az bildirir ki, bu barədə “News.am” xəbər verib.
Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan ona daha iki gün vaxt vermələrini xahiş edib, bundan sonra o onların suallarına dəqiq cavab verəcək.
“Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın dalınca yola düşəcəyik”, - deyə valideynlərdən biri bildirib.
Digər valideyn isə onların uşaqlarının Ermənistanın hərbi hissələrinə xidmətə köçürülməsini tələb etdiklərini bildirib.