İki Avropa ölkəsində quş qripi yayılıb

28 Noyabr 2020 09:56 (UTC+04:00)

Belçika və Norveçdə quş qripinin yayılması qeydə alınıb.

AzNews.az “NRK”ya istinadən xəbər verir ki, infeksiya Norveçin Ruqaland bölgəsində vəhşi quşda aşkarlanıb.

Norveç Qida Təhlükəsizliyi İdarəsinin Heyvan sağlamlığı şöbəsinin rəhbəri Ole-Herman Tronderud sakinləri ölü quşların tapılması barədə məlumat verməyə çağırıb. Bu onlarda infeksiyanın olub-olmamasının yoxlanılması üçün lazımdır.

“İnsanların yoluxma riski çox aşağıdır”, — deyə məmur vurğulayıb.

Həmçinin Belçikada quş qripinin yayılması qeydə alınıb. “Reuters”in məlumatına görə, Fransa ilə həmsərhəd Menen şəhərində virusdan 600-ə yaxın quş ölüb. Daha 151 min quş infeksiyanın yayılmasına qarşı mübarizə çərçivəsində məhv edilib.