Mehriban Əliyeva YAP sədrinin müavini oldu

7 İyun 2013 11:06 (UTC+04:00)


Azərbaycan Partiyasının bu gün keçirilən V qurultayında təşkilatı məsələlərə baxılıb və partiya sədrinə 4 müavin seçilib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, əvvəlki müavinlərdən yalnız Əli Əhmədov postunda qalıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, AMEA prezidenti Akif Əlizadə və baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP sədrinin yeni müavinləri seçiliblər.

Qurultay artıq başa çatıb. (apa)