“LUKOYL-Azərbaycan” QSC haqqında yayılan sorğu və kampaniya həqiqəti əks etdirmir

28 Noyabr 2020 14:57 (UTC+04:00)

Son günlər bəzi KİV orqanlarında “LUKOYL-Azərbaycan” QSC-nin adından həqiqəti əks etdirməyən sorğu və kampaniya xarakterli paylaşımlar edilib.

“LUKOİL- Azərbaycan” QSC rəsmi qaydada bildirir ki, adımızdan istifadə edilərək elan edilən sorğu və kampaniyalar qəti şəkildə həqiqətə uyğun deyil.

Rəsmi qaydada bəyan edirik ki, tərəfimizdən hər hansı bir sorğu və kampaniya elan edilməyib. Müştərilərimizdən xahiş edirik ki, “LUKOYL-Azərbaycan” QSC-nin rəsmi internet səhifəsində və ya rəsmi facebook səhifəsində olan paylaşımları nəzərə alsınlar.

Bu barədə araşdırma aparılır.

AzNews.az