Jerar Pike "Barselona"nın prezidenti olmaq istəyir

28 Noyabr 2020 18:11 (UTC+04:00)

İspaniya "Barselona"sının futbolçusu Jerar Pike klubun prezidenti olmaq niyyətindədir.

AzNews.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi bu barədə "Marca"ya açıqlamasında məlumat verib.

İspaniyalı oyunçu karyerasını davam etdirdiyi üçün növbəti prezident seçkilərində iştirak edə bilməyəcəyini söyləyib: "Barselona"nın azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Bəlkə də gələcəkdə namizədliyimi verəcəyəm. Həmişə "Barselona"nın prezidenti olmağı arzulamışam. Bu gerçəkləşəcəkmi, bilmirəm".

Qeyd edək ki, Jerar Pike "Barselona"nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.