ABŞ-ın Sakramento şəhərində atışma olub, ölən var

28 Noyabr 2020 18:23 (UTC+04:00)

Kaliforniyanın Sakramento şəhərində ötən gün axşam “Arden Fair Mall” AVM-də baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

AzNews.az “CNN”ə istinadən xəbər verir ki, şəhər polisindən verilən məlumata görə, hadisədən dərhal sonra AVM boşaldılıb və polis icazə verənədək bağlı qalacaq.

Şəhər Polis Departamentinin nümayəndəsi Karl Çan mətbuat konfransında bildirib ki, hadisə yerinə gələn polis iki ağır yaralı aşkarlayıb. Onlardan biri hadisə yerində keçinib, digəri xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs axtarılır.