“Neftçi” ilə “Zirə”dən heç-heçə

28 Noyabr 2020 21:24 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

AzNews.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turnir cədvəlinin ilk “üçlüy”ündə yer alan “Neftçi” və “Zirə” paytaxt derbisinə çıxıb. Komandalar zirvəni ələ keçirmək uğrunda mübarizə aparıblar. Amma 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib və matç qolsuz başa çatıb.

Bu gün keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu isə noyabrın 30-na təxirə salınıb. Buna qonaq komandanın futbolçularında koronavirus aşkarlanması səbəb olub.

Qeyd edək ki, sabah daha iki oyun keçiriləcək. “Səbail” “Qarabağ”ı, “Keşlə” “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
11-ci tur
28 noyabr

“Neftçi” – “Zirə” 0:0
Baş hakim: Vüqar Həsənli
Bakı. “Bakcell Arena”.