Moskvada bir gündə 72 nəfər koronavirusdan ölüb

29 Noyabr 2020 12:10 (UTC+04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 72 nəfər dünyasını dəyişib.

AzNews.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8828-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 592,4 mindən çox insanda koronavirus aşkar olunub, 441,5 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.