28 yaşlı gənc nənəsinin evində intihar etdi

29 Noyabr 2020 13:28 (UTC+04:00)

Hacıqabulda intihar hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, Hacıqabul şəhər sakini, 1992-ci il təvəllüdlü Bayramzadə Nemət Şöhrət oğlu bu gün səhər saatlarında nənəsinin evinə qonaq gedərək orada özünü asaraq intihar edib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.