İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

29 Noyabr 2020 17:07 (UTC+04:00)

İranda son sutka ərzində daha 12 950 nəfərdə koronavirus aşkarlanıb, 389 nəfər vəfat edib. AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 948 749-a, virus qurbanlarının sayı isə 47 874-ə yüksəlib.

Bundan əlavə, indiyədək 658 292 nəfər sağalıb. Ölkədə 242 583 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 5,859-nun vəziyyəti ağır qiymətləndirilir.