“Paşinyan həmişəki kimi yalan danışır” - Koçaryanın ofisi

30 Noyabr 2020 09:01 (UTC+04:00)

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan baş nazir Nikol Paşinyanın yalançılıqda ittiham edib.

AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Soqomonyan Paşinyanın “Facebook”dakı iki paylaşımı ilə əlaqədar bunları deyib:

“Paşinyanın bugünkü qeydləri haqqında qısaca: Həmişəki kimi, yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm”.

Qeyd edək ki, Paşinyan Qarabağdakı məğlubiyyətlə bağlı məsuliyyəti üzərindən atan paylaşımlar etmişdi.