Sülhməramlılar Xankəndidə hərbi xəstəxana qurdular - Video

30 Noyabr 2020 12:19 (UTC+04:00)

Xankəndidə Rusiya Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Tibbi Birliyin (MOSN) bölmələri tərəfindən səhra xəstəxanası qurulub.

AzNews.az xəbər verir ki, hərbi modul xəstəxanalar Xankəndi şəhərindəki hava limanında yerləşdirilib.

“Pnevmatik karkas modulların yerləşdirilməsi başa çatıb. Hər şeydən əvvəl sülhməramlı kontingentin tibbi dəstəyinə diqqət ayırırıq. Və mülki əhaliyə yardım göstərməyə hazırıq. Öz vəsaitlərimizlə 40-a qədər adam yerləşdirməyə hazırıq”,- deyə tibbi hissə rəhbəri Yaroslav İvanov jurnalistlərə bildirib.

Bildirilib ki, xəstəxanaya hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisi cəlb olunub.