Şamaxıda torpaq uçqunu : yaralı var

7 İyun 2013 11:56 (UTC+04:00)
Azərbaycanda torpaq uçqunu baş verib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çayı kənarından vətəndaş keçərkən torpaq uçqunu baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş torpaq uçqunu altında qalaraq xəsarət alıb.

Zərərçəkən yanğınsöndürən-xilasedicilər tərəfindən torpaq altından çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzNews.az