Vilayət Eyvazov əmr imzalayıb

30 Noyabr 2020 17:30 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni təyinat olub.

AzNews.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

T. Hacıyev bu təyinata qədər, Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmayılov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.