Paşinyanın Rusiya səfəri ləğv edildi

30 Noyabr 2020 18:03 (UTC+04:00)

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edilib.

AzNews.az xəbər verir ki, bu barədə “News.am” saytı məlumat yayıb.

Səfərin baş tutmamasına səbəb N. Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüş imkanı əldə edə bilməməsi olub.

“Ermənistanın ikitərəfli Paşinyan-Putin görüşünü təşkil etmək səyləri uğursuz oldu. Baş nazirin protokol xidmətinin rəhbəri İrəvana geri çağırıldı”,- deyə KİV orqanı yazıb.