Sınaqları ilk başlanan peyvəndin nəticələri açıqlandı

30 Noyabr 2020 18:19 (UTC+04:00)

ABŞ-ın “Moderna” əczaçılıq şirkəti tərəfindən hazırlanan koronavirus peyvənd namizədi son sınaq nəticələrində 94,1 faiz effektivlik nümayiş etdirib.

AzNews.az xəbər verir ki, şirkətin açıqlamasına görə, ağır hallarda bu göstərici 100 faiz təşkil edir.

“Son dərəcə təsirli bir peyvəndimiz olduğuna inanırıq. İndi bunu sübut edəcək məlumatlara sahibik”, - deyə tədqiqat heyətinin rəhbəri Dr. Tal Zaks bildirib.

Şirkət peyvəndin şərti təsdiqlənməsi üçün Avropa Dərman Agentliyinə müraciət edəcəyini bildirib.

Bu il ABŞ-da peyvəndin 20 milyon doza həcmində istifadəsi gözlənilir.

Qeyd edək ki, “mRNA-1273” insanlarda sınaqdan keçirilmiş ilk “COVID-19” peyvəndi olaraq bilinir.