Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.