Gürcüstanda zəlzələ oldu

30 Noyabr 2020 21:36 (UTC+04:00)

Gürcüstanın şərqində - Tbilisidən 50 kilometr məsafədə yerləşən Mamişlari kəndində zəlzələ olub.

AzNews.az gürcü KİV-nə istinadən xəbər verir ki, zəlzələnin gücü 3,1 bal olub. Episentri 9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.