Türkiya və Rusiya birgə mərkəzin faəliyyətinə dair memorandum imzaladı

1 Dekabr 2020 11:43 (UTC+04:00)

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan ilə Ermənistan arasında atəşkəsin icrasını ən qısa müddətdə izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin aktivləşdirilməsi üçün lazımi işlərin aparıldığını açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tvitter hesabında məlumat verilib.

“Türk-Rus Birgə Mərkəzinin yaradılması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallarla bağlı müzakirələr tamamlandı və bir memorandum imzalandı. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”,-deyə məlumatda qeyd olunub.