Şirkət bu hərbi qulluqçuların borclarını bağışladı

1 Dekabr 2020 16:56 (UTC+04:00)

“Vətənimizin müdafiəsi uğrunda sağlamlıqlarından keçən müharibə iştirakçılarının yaralarını sağalda bilməsək də, digər formada onlara dəstək olmaq istədik”.

AzNews.az xəbər verir ki, bu haqda “Kontakt Home” şirkəti məlumat yayıb:

“II Qarabağ döyüşlərində əmək qabiliyyətini itirmiş bütün müharibə iştirakçılarının, yəni, 1-ci və 2-ci əlillik dərəcəsi almış soydaşlarımızın şəbəkəmizə olan borclarını ləğv edirik. Əlavə olaraq, daha ağır vəziyyətlərini nəzərə alaraq, 1-ci qrup əlillərin həm də ailə üzvlərinin (ata, ana, həyat yoldaşı və övladları) borclarını bağışlayırıq.
Eyni zamanda “Kontakt Home” olaraq bu döyüşlərdə yararlanan və hazırda müalicəsi davam edən müharibə iştirakçılarına əmək fəaliyyətlərini bərpa etdikləri müddətdə dəstək olmaq məqsədilə, onların kredit borcları üzrə ödənişlərini dondurmaqda davam edirik”.

Səidə

AzNews.az