Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir

1 Dekabr 2020 20:32 (UTC+04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.