Türkiyədə koronavirusla bağlı son vəziyyət

1 Dekabr 2020 22:10 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 190 nəfər dünyasını dəyişib, 6101 simptomatik olmaqla 30,110 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 13,936-ya, yoluxanların sayı isə 506,966-ə çatıb.

Ümumilikdə 18 milyondan çox insan test olunub.