Fikrət Qoca: “Mən Şərifin atasından da yaşlıyam“

7 İyun 2013 13:32 (UTC+04:00)
"Yazıçılar Birliyi könüllü cəmiyyətdir, bura gələni qəbul edirik, gedəni yola salırıq. Çıxana çıxmayın deyə bilmərəm".


AzNews.azxəbər verir ki, bu fikirləri hafta.az-a açıqlamasında Xalq şairi Fikrət Qoca deyib. Şair yazıçı Şərif Ağayarın onun haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Mən də azad insanam. Mən təhqir oluna bilərəm? Adam atasını söyəndə azad fikirli olur? Adamın tərbiyəsi olar. Mən onun atasından da yaşlıyam. Ən əsası əxlaq və tərbiyədi, digərləri ondan sonra gəlir. Atası yaşda kişiyə "Niyə hələ ölməyib?" deyən adama kim hörmət edər? Onun yazdığı nə olacaq?".

"Şərif Ağayarın yaradıcılığı ilə tanışsınızmı?", - sualımızı isə xalq yazıçısı belə cavablandırıb: "Bir neçə əsərini oxumuşam. Ortabab yazıçıdır. Hələ bilinmir nədir, çünki hələ aydın deyil. Bu, uzunömürlü bir şeydir. İstedad elə bir şeydir ki, adam içini təmiz saxlayanda o da axıracan qalır. Adam da var ki, ömrünün axırına qədər həm yaxşı şairdi, həm də demaqoqdur".

AzNews.az