Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

1 Dekabr 2020 23:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

AzNews.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.