ABŞ-da son sutkada 170 mindən çox insan koronavirusa yoluxdu

2 Dekabr 2020 08:51 (UTC+04:00)

ABŞ-da son sutka ərzində 170,612 nəfər koronavirusa yoluxub. Bununla da ümumi yoluxanların sayı 13,923,758 nəfər təşkil edib.

AzNews.az “Worldometers”ə istinadən xəbər verir ki, ABŞ-da 1260 nəfər koronavirusun qurbanı olub, bununla da ölüm sayı 274,386-a çatıb.

Dünyada koronavirusdan ölüm və yoluxma sayına görə ilk sıralarda yer alan ABŞ-da 8 milyondan çox insan sağalıb, 195 milyonadək test olunub.