Evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanıldı

2 Dekabr 2020 10:58 (UTC+04:00)

Ağstafada evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərovanın koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk etmələri aşkarlanıb.

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib. Onlar barəsində RPŞ-də araşdırmalar davam etdirilir.