Ukraynada karantinə etiraz edilir

2 Dekabr 2020 11:21 (UTC+04:00)

Kiyevdə xalq hökumətin koronavirusa qarşı tətbiq etdiyi karantin tədbirlərinə və şirkətlərlə bağlı verdiyi qərarlara etiraz edib.

AzNews.az xəbər verir ki, yüzlərlə insan şəhərdəki 3 əsas prospekti bağlayaraq mərkəzə doğru hərəkət ediblər.

Yürüşün sonunda Ukrayna Məclisinin qarşısında toplaşan nümayişçilər etirazlarına parlament qarşısında davam ediblər.

Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü etiraz aksiyasına müdaxilə olunmayıb.