"Dağlıq Qarabağın logistik mərkəzi bu aeroport olacaq" - Politoloq

2 Dekabr 2020 15:22 (UTC+04:00)

“Yerevanın “Erebuni” və “Zvartnots” aeroportlarından Xankəndiyə 320 km.-dir. Rusiya sülhməramlıları regiona gələndə birinci Yerevana, oradan Qarabağa gətirilib”.

AzNews.az xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova qeyd edib.

Onun sözlərinə görə, daha sonra texnika və yüklər Bərdə dəmiryol stansiyasına gəlir, oradan isə maşınlara boşaldılaraq 100 km. Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə Dağlıq Qarabağa çatdırılır:

“Hər iki marşrutun operativlik baxımdan əlverişli olmadığı, çox vaxt apardığını əsas gətirərək, yəqin ki, Xankəndi aeroportundan istifadə edilməsi qərara alınacaq. Uçuş-enmə zolağı 2200 metr olan bu aeroport 1990-cı ildən fəaliyyət göstərmir, infrastrukturu dağıdılıb. 2012-ci ildə bərpa edilib, lakin Azərbaycanın müqavimətinə görə uçuşlar həyata keçirilməyib. Ərazinin relyefi imkan verir ki, 1000 metr də uzadılsın və yanında ikincisi də inşa olunsun. Dağlıq Qarabağın logistik mərkəzi bu aeroport olacaq. Qısası, Rusiyadan birbaşa Xankəndinə uçuşlar həyata keçirilə bilər. Çünki Azərbaycan logistika məsələlərinə də baxılacağını vəd edib”.

Səidə

AzNews.az