Putin Belarusdakı vəziyyətdən narahatdır

2 Dekabr 2020 19:05 (UTC+04:00)

“Belarusdakı vəziyyət Rusiyada narahatlıq doğurmaya bilməzdi”.

AzNews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilən onlayn iclasında deyib.

“Belarusun qarşılaşdığı vəziyyət bizi narahat etməyə bilməzdi. Təbii ki, hər bir ölkədə, xüsusilə seçkiqabağı rəqabət zamanı və seçkidən sonrakı dövrdə hərəkətlilik və hətta qarşıdurmalar baş verir. Bu, Belarusda da baş verdi” ,- deyə Rusiya Prezidenti bildirib.

Bununla yanaşı Putin narahatlığın toqquşmalar və qarşıdurmalardan deyil, kənar müdaxilə, maddi dəstək, informasiya dəstəyi, siyasi dəstək və başqa məsələlərdən qaynaqlandığını bildirib.