Doğum və ölüm haqqında elektron şəhadətnamələr veriləcək

2 Dekabr 2020 21:43 (UTC+04:00)

Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib.

AzNews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.