“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Atletiko” ilə “sülh bağlayıb” – 1:1.
AzNews.az xəbər verir ki, sözügedən səfər matçında Münhen klubunun qolunu vuran Tomas Müller Çempionlar Liqasının tarixinə düşüb.
Alman hücumçu turnirdə ən çox qol vuran 10-cu futbolçu olub. Müllerin aktivində ÇL-də 47 qol var.
Çempionlar Liqası tarixinin bombardiri 131 qolla “Yuventus”un hücumçusu Kristiano Ronaldodur.