Türkiyədə koronavirusla bağlı son vəziyyət

2 Dekabr 2020 22:39 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 193 nəfər dünyasını dəyişib, 6690 simptomatik olmaqla 31,923 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 14,129-a, yoluxanların sayı isə 513,656-ə çatıb.

Ümumilikdə 18 milyondan çox insan test olunub.