Ceyhun Bayramov Lavrovla telefonla danışdı

2 Dekabr 2020 22:54 (UTC+04:00)

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən AzNews.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.