Agentliyə yeni mətbuat katibi təyin olunub

3 Dekabr 2020 11:00 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.

AzNews.az-ın məlumatına görə, bu vəzifəyə Pərvanə İmanova gətirilib. Bu barədə P. İmanovanın sosial şəbəkədəki şəxsi səhifəsində yaxınları qeyd edirlər.

P.İmanova bu günə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini olub.