Tovuzda “cin“ peyda oldu? - VİDEO

7 İyun 2013 13:55 (UTC+04:00)


Gözlənilməz hadisə ev sakinlərini, sözün həqiqi mənasında, evdən didərgin salıb. Məmmədovlar ailəsi artıq bir neçə gündür ki, qorxudan yaşadıqları mənzillərində nə yata, nə də rahat hərəkət edə bilirlər.

Maraqlısı budur ki, naməlum varlıq ailə üzvlərinin hər birinin paltarlarını "xüsusi bacarıqla" kəsib doğrayır. O, nəinki ev əşyalarını, həmçinin bəzi sənədləri də yararsız hala salmaqdan belə çəkinmir...

Ev sahibi Rasim Məmmədovun sözlərinə görə, əvvəlcə İbrahimhacılı kənd sakinləri bunun balaca nəvələri 3 yaşlı Ayxanın əməli olduğunu düşünsələr də, sonradan apardıqları müşahidələr bunun doğru olmadığını üzə çıxarıb. Onlar bir müddət uşağı babası evinə gəlməyə qoymurlar, buna baxmayaraq, paltar cəlladı işini davam etdirir.

Qonşularla da normal münasibətin olduğunu deyən zərərçəkənlər bunun necə baş verdiyini hələ də aydınlaşdıra bilmirlər. Biçarə ailə düşdükləri maraqlı, həm də acınacaqlı vəziyyətlə bağlı hələ də qərarsızdırlar. Onlara ən böyük yardım isə "qəhrəman"ı tapıb ifşa etmək olardı....//milli.az//




AzNews.az