Türkiyənin keçmiş müdafiə naziri vəfat edib

3 Dekabr 2020 17:00 (UTC+04:00)

Türkiyənin keçmiş milli müdafiə və milli təhsil naziri Nevzat Ayaz 90 yaşında vəfat edib.

AzNews.az "Hürriyet”ə istinadən xəbər verir ki, siyasətçi noyabrın 22-si septik şok diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi.

Həkimlərin bütün səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. N.Ayaz bu gün səhər saatlarında düynasını dəyişib.

O, İstanbulda torpağa tapşırılacaq.