Ərdoğanın Bakı səfərinin tarixi açıqlandı

3 Dekabr 2020 18:03 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi açıqlanıb.

AzNews.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, Ərdoğan 10 dekabrda Bakıda rəsmi səfərdə olacaq. Həmin gün Prezident İlham Əliyevlə görüşəcək.

Türkiyə dövlət başçısının Bakıda paradda iştirakı gözlənilir.