Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla danışdı

3 Dekabr 2020 19:54 (UTC+04:00)

Bu ilin 3 dekabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən AzNews.az-a verilən məlumata görə, nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.