Ermənistan XİN rəhbəri Moskvaya gedir

3 Dekabr 2020 20:11 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Ara Ayvazyan Moskvaya səfər edəcək.

AzNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər zamanı o, rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Tərəflər Qarabağdakı son vəziyyəti müzakirə edəcəklər.