Yenə ən çox yoluxma Binəqədidədir - Statistika

3 Dekabr 2020 20:43 (UTC+04:00)

Bakı şəhəri üzrə koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

AzNews.az-ın koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 15 faiz təşkil edir.

Xətaidə 12.8 faiz, Yasamalda 12.3 faiz, Sabunçuda 10.6 faiz, Suraxanıda 8.2 faiz, Nəsimidə 8.3 faiz, Nərimanovda 8.2 faiz, Nizamidə 7.0 faiz, Qaradağda 5.7 faiz, Xəzərdə 6.5 faiz, Səbaildə 4.9 faiz, Pirallahıda 0.4 faiz təşkil edib.

Qeyd edək ki, ötən ay da ən çox yoluxma Binəqədi rayonunda idi. Həmin vaxt rayonda 14.7 faiz yoluxma qeydə alınmışdı.